Azərbaycan millisi 9-cu oldu

19 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə son oyununa çıxıb. SportLine.az xəbər verir ki, Azərbaycan futbolçularının rəqibi Belarus seçməsi olub. 

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan millimiz 5:4 hesabı ilə qalib gəlib.

Bununla da Təbriz Həsənovun komandası turniri 9-cu pillədə başa vurub.

Qeyd edək ki, millimiz bu pillə uğrunda mübarizədə ilk olaraq İrana 1:0, ardınca Estoniyaya 3:0 hesabı ilə qalib gəlib.

Belarus U-19 - Azərbaycan U-19- 1:1 (penaltilər seriyası - 4:5)
Qollar: 
Nikita Bılinkin, 76 (1:0) Rafael Məhərrəmli, 90+3 (1:1)

Banner