Azərbaycan millisi AVRO-2023-ə Bakıda start verir

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının təsnifat mərhələsində ilk rəsmi matçını keçirəcək.

Sportline.az xəbər verir ki, A qrupunun ilk turunun oyununda rəqib Danimarka yığması olacaq. Bakıdakı Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək.

Azərbaycan millisinin qrupdakı digər rəqibi Türkiyə yığmasıdır.

AVRO-2023-ün təsnifat mərhələsi

A QRUPU

3 avqust

18:00 Azərbaycan – Danimarka

Bakı. Voleybol Mərkəzi

Qeyd edək ki, ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.