Azərbaycan millisi Belarusa qarşı

Bu gün Azərbaycanın U-18 millisi Beynəlxalq İnkişaf Turnirində 3-cü oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, komanda B rupunda Belarus ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:40-da start götürəcək.

Qeyd edək ki, millimiz bunadək sözügedən tunirdə Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub.