Azərbaycan millisi Bolqarıstanla qarşılaşacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan Aqil Nəbiyevin komandası Bolqarıstanla qarşılaşacaq.
Plovdiv şəhərindəki “Xristo Botev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, martın 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.