Azərbaycan millisi DÇ-2024-ün elit-raundunda ilk oyununa çıxır

Bu gün futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində A qrupunda ilk oyununa çıxacaq. 

Sportline.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda səfərdə Rumıniya yığması ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. 

A qrupunun digər oyununda Niderland Qazaxıstanla üz-üzə gələcək.

DÇ-2024, elit-raund 

15 sentyabr

19:30. Rumıniya – Azərbaycan
Hakimlər: Admir Zahoviç, Aleş Mocnik Peric, Dejan Veselic (Sloveniya)
Buzau şəhəri. Romeo İamadi Arena

22:00. Niderland - Qazaxıstan