Azərbaycan millisi Haiti və Belarus yığmalarına qarşı keçirəcəyi oyunların hazırlıqlarına start verib
Azərbaycan millisi Haiti və Belarus yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarından öncə ilk məşqinə çıxıb.
Sportline.az xəbər verir ki, baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında hazırlıq prosesinə 25 futbolçu qatılıb.
Rəhman Daşdəmirov, Şahin Şahniyarov, Xəyal Əliyev və Ağadadaş Salyanski kimi futbolçular ilk dəfə əsas millinin heyətində toplanışa qoşulublar.
Qeyd edək ki, yığma martın 22-də Haiti, bundan üç gün sonra isə Belarusla üz-üzə gələcək.