Azərbaycan millisi heç-heçə ilə başladı

Bu gün İranda futzal üzrə "4 Top Nations" beynəlxalq turniri start götürüb. SportLine.az xəbər verir ki, yarışda Azərbaycan millisi də mübarizə aparır.

Seçmə komanda bu gün ilk oyununu meydan sahiblərinə qarşı keçirib. İsfahan şəhərindəki oyun bərabərliklə yekunlaşıb.

İran – Azərbaycan - 3:3
Qollar: 
Əli Əsgər Həsənzadə, Hüseyn Tayebi, Muhammed Şajari - Bastos Qabriel, Karvalyo, Tyaqo

Qeyd edək ki, günün ilk oyununda Rusiya və Qazaxıstan milliləri də eynihesablı bərabərliyə razılaşıblar.

Turnir cədvəli

N

Komanda

O

Q

H

M

T/F

X

1

Azərbaycan

1

0

1

0

3:3

1

2

İran

1

0

1

0

3:3

1

3

Rusiya

1

0

1

0

3:3

1

4

Qazaxıstan

1

0

1

0

3:3

1