Azərbaycan millisi Niderlanda qarşı

Azərbaycan futzal millisi bu gün dünya çempionatının elit mərhələsində ikinci oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda Niderlandla qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək görüş saat 18:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi A qrupunun ilk görüşündə səfərdə Rumıniyaya uduzub - 1:3. 

20 sentyabr

Dünya çempionatı, elit mərhələ

A qrupu, 2-ci tur

18:30. Azərbaycan – Niderland
Hakimlər:
 Yianqos Yianqu, Nikolas Nikolau, Larisa Eleni Avramidu (Kipr).
Bakı İdman Sarayı