Azərbaycan millisi Niderlandı darmadağın etdi

Bu gün futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit-raund mərhələsində ilk ev oyununa çıxıb.

Sportline.az xəbər verir ki, futzalçılarımız Niderland yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında keçiriləcək oyun Vitali Borisovun rəhbərlik etdiyi kollektivin 6:1 hesablıqələbəsi ilə başa çatıb. 

DÇ-2024. Elit-raund

20 sentyabr.

Azərbaycan - Niderland - 6:1

Qollar: Vilela 2, 19, Qallo 8, Maneka 15, Felipinyo 18, 36 - Buzit 37

Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou