Azərbaycan millisi Özbəkistanla qarşılaşacaq
Azərbaycan U-18 millisi Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, yığmamız B qrupunda Özbəkistanla qarşılaşacaq.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.
Qeyd edək ki, millimiz ötən gün Rusiyanın müvafiq yaş qrupundan ibarət komandasına uduzub - 1:7.