Azərbaycan millisi Qazaxıstan seçməsindən güclü oldu

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci oyununu keçirib. SportLine.az xəbər verir ki, millimiz Qazaxıstan yığması ilə qarşılaşıb.

Görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Rövşanə Sərdarlı, Nino Qurqenidze və Vüsalə Seyfətdinova vurub.

Banner