Azərbaycan millisi Qazaxıstana qarşı

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində Azərbaycan yığması bu gün 3-cü oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, rəqib qrupun hazırkı lideri Qazaxıstan millisidir.

Bakı İdman Sarayında keçiriləcək görüş saat 20:00-da başlayacaq.  

Qeyd edək ki, Azərbaycan yığması bundan əvvəl Rumıniyaya uduzub (1:3), Niderlandı isə məğlub edib (6:1).

Turnir cədvəlində Qazaxıstan 6 xalla liderdir. Rumıniya 3 xalla 2-ci,eyni xalı olan Azərbaycan isə 3-cüdür. Aktivinə xal yazdırmağı bacarmayan Niderland sonuncudur.