Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Türkiyə seçməsi ilə qarşılaşacaq.
Oyun martın 28-də baş tutacaq. Yoldaşlıq oyunu İstanbul şəhərində təşkil olunacaq.