Azərbaycan millisi üçün iki variant
Futzal üzrə Avropa Çempionatında 1/4 finala vəsiqəni təmin edən Azərbaycan millisinin növbəti rəqinin kim olacağı bu gün müəyyənləşəcək. SportLine.az xəbər verir ki, hazırda "D" qrupunun zirvəsində qərarlaşan Joze Alesionun komandası İspaniya ilə görüşdə məğlub olmayacağı təqdirdə mövqeyini qoruyacaq və "C" qrupunun ikincisi ilə üz-üzə gələcək. Bu qrupda isə liderlik uğrunda Portuqaliya və Ukrayna seçmələri mübarizə aparır. Hər iki komanda ilk oyundan sonra 3 xal toplayıb və növbəti mərhələyə vəsiqəni təmin edib.
Qeyd edək ki, Azərbaycan - İspaniya görüşü Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.