Azərbaycan millisinin hücumçusu zədələndi
"Bursaspor"un futbolçusu Dəniz Yılmaz zədələnib.
SportLine.az Türkiyə mətbuatına xəbər verir ki, trenajor zalında çiynindən zədə alan Azərbaycan millisinin hücumçusu komandasının sonuncu məşqini buraxıb.
Onun Türkiyə superliqasının 27-ci turunda keçiriləcək "Karabükspor"la oyunda iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, "Bursaspor" - "Karabükspor" matçı bu gün keçiriləcək.