Azərbaycan millisinin oyunçusu Qazaxıstan klubuna keçib
Azərbaycan millisinin və "Araz-Naxçıvan" klubunun futzalçısı Hadi Ahmadi karyerasını Qazaxıstanda davam etdirəcək.
Sportline.az xəbər verir ki, 27 yaşlı oyunçu "Bayterek"lə anlaşıb.
Hücumçunun Uralsk təmsilçisi ilə müqaviləsi 2022-ci ilin mayınadək nəzərdə tutulub.
Qeyd edək ki, “Bayterek” Qazaxıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Komanda dekabrın 11-də və 12-də “Kayrat”la qarşılaşacaq. Hadi Ahmadinin bu oyunlarda iştirak edəcəyi gözlənilir.