Azərbaycan millisinin qapıçısı Ukrayna klubunda

Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçin yeni iş yeri məlum olub. SportLine.az xəbər verir ki, futbolçu Ukraynanın "Minay" klubu ilə razılığa gəlib.

Azərbaycanda çıxış etdiyi müddətdə "Abşeron" (Bakı), "Sumqayıt", "Turan" və "Qəbələ" klublarının şərəfini qoruyan A.Popoviç, Roman Qriqorçukun rəhbərliyi altında ölkə çempionatının bürünc mükafatçısı olub. 2011-2012-ci illərdə isə Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycan milli komandasında iki oyun (Albaniya ilə 0:1 və Sinqapurla 2:2) keçirib.