"Çelsi"dən yeni həmlə

"Roma"nın yarımmüdafiəçisi Manu Kone karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Çelsi" 25 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.

Bu haqda jurnalist Santi Aouna məlumat yayıb.

Qeyd edək ki, M.Konenin transfer qiyməti 50 milyon avrodur.