Azərbaycan millisinin sabiq futbolçusu Region Liqasında çıxış edəcək

Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov karyerasını AFFA Region Liqasında davam etdirəcək.

Sportline.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Naftalan" klubuna keçib.

Qeyd edək ki, Budaq Nəsirov son olaraq "Karvan"ın formasını geyinib. O, daha əvvəl ölkəmizdə "Sumqayıt", "Araz-Naxçıvan", "Kəpəz", "Turan Tovuz" və Portuqaliyada "Sportinq"in əvəzedici komandasında çıxış edib. Nəsirov 2016-cı ildə Andorra ilə qolsuz bitən yoldaşlıq matçında Azərbaycan yığmasının formasını geyinib.