Azərbaycan millisinin üzvü Hollandiyada növbəti dəfə fərqləndi
Hollandiya birinci divizionunda 23-cü turun oyunları keçirilib.
SportLine.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ziya Əzizovun şərəfini qoruduğu "Den Boş" "NAK Breda"nı qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Start heyətdə meydana çıxan və 90 dəqiqə mübarizə aparan Z.Əzizov 76-cı dəqiqəsində rəqib qapısına yol tapıb. Bu, futbolçunun Hollandiya klubunda 3-cü qoludur.
Qeyd edək ki, "Den Boş" 23 turdan sonra 32 xalla 20 komanda arasında 13-cü pillədədir.