Azərbaycan millisinin üzvü Super Liqada
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozancan Kökcü karyerasını Türkiyədə davam etdirəcək. SportLine.az xəbər verir ki, futbolçu "Feyenoord"u "Bursaspor"a dəyişib.
Yarımmüdafiəçi "timsahlar"la 4 il müddətinə razılığa gəlib.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə cəlb olunan futbolçu seçmə komanda ilə bir neçə hazırlıq oyununda meydana çıxsa da, hələ ki, rəsmi oyunlarda debüt etməyib.