Azərbaycan para-atleti Qran-pridə qızıl medal qazandı

Azərbaycan para-atleti Heydər Həmidli Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Dubai 2021 World Para Athletics” Qran-prisində qızıl medal qazanıb.

Sportline.az "Report"a istinadən xəbər verir ki, Həmidli bu nailiyyətə F57 kateqoriyasında nizə atma növündə imza atıb. O, 43 metr 75 sm nəticə göstətərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.