Polşa - Azərbaycan matçının hakimləri açıqlandı
Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsinin VI qrupunda Polşa ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Sportline.az xəbər verir ki, görüşü Estoniya və Latviyadan olan referilər idarə edəcəklər.
Estoniyalı Yaqnar Yakobson, Qriqori Oşomkov və latviyalı İnqus Purins matçda ədalət təmsilçisi olacaqlar.
Onların işinə sloveniyalı hakim-inspektor Silvo Borosak qiymət verəcək. Portuqaliyalı Joao Roça isə UEFA nümayəndəsi kimi iş başında olacaq.
Qeyd edək ki, martın 7-də Koszalin idman zalında keçiriləcək Polşa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.