Millimiz mübarizəni dayandırdı

Sloveniyanın paytaxtı Lyublyana şəhərində futzal üzrə Avropa Çempionatı davam edir. 

SportLine.az xəbər verir ki, bu gün yarışda yarımfinal mərhələsinə yekun vurulacaq. Mərhələnin son oyun günündə Azərbaycan millisi də meydana çıxacaq. Rəqib Portuqaliya seçməsi olacaq.

Qrup mərhələsində hər iki görüşü qələbə ilə bitirən Portuqaliya seçməsi bu duelin də favoriti sayılır. Ancaq Azərbaycan futzalçıları da meydana ağ bayraq qaldırmağa çıxmayacaqlar. İspaniya ilə görüşdə məğlub olaraq zirvəni əldən verən Joze Alesionun komandası, bu dəfə azarkeşləri sevindirmək niyyətindədir. 

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bu cütün qalibi yarımfinalda Qazaxıstan seçməsinə rəqib olacaq.


06 fevral 2018
Futzal, Avro-2018
1/4 final

Portuqaliya - Azərbaycan - 8:1
QOLLAR:
Qallo, 0:54 (0:1); Pedro Kari, 2:05 (1:1); Pedro Kari, 5:43 (2:1); Varela, 9:40 (3:1); Rikardinyo, 10:31 (4:1); Rikardinyo, 19:32 (5:1); Bruno Koelyo, 24:09 (6:1); Rikardinyo, 25:31 (7:1); Rikardinyo, 31:15 (8:1)