Azərbaycan Portuqaliyaya qalib gəldi

Bu gün Qızıl Avropa Liqasında II turun oyunları keçiriləcək.

SportLine.az xəbər verir ki, "A" qrupunda mübarizə aparan voleybol üzrə qadınlardan ibarət Azərbaycan seçməsinin rəqibi Portuqaliya olacaq.

Voleybol Mərkəzində keçiriləcək görüşə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, ilk turda Azərbaycan Ukraynaya 3:1, Bolqarıstan Portuqaliyaya 3:0 hesabı ilə qalib gəlib.


23 may 2018
Qızıl Avropa Liqası
A qrupu, II tur

Azərbaycan - Portuqaliya - 3:1 (24:26, 25:17, 25: 14, 25:17)  

Hakimlər: Saadettin Deneri (Türkiyə), Fikrət Axundov (Azərbaycan)
Voleybol Mərkəzi