Kamilo Duranın komandası ÇL-lə vidalaşdı - Gecənin nəticələri
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunlarına start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Azərbaycan təmsilçisi “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu qəbul edib. Bu komandalar arasında ilk görüşdə “Hapoel” 2:1 hesabı ilə qalib gəlmişdi. Cavab matçında isə "Sabah" 5:2 hesablı qələbə qazanaraq tarixində ilk dəfə Liqa mərhələsinə vəsiqə əldə edib.
Avstriya LASK-ı evdə “Seltik”lə qarşılaşıb. Bu yay "Qarabağ"dan "Seltik"ə keçən Kamilo Duranın dubl etdiyi ilk oyunda Şotlandiya klubu 3:0 hesablı qələbə qazanmışdı. Cavab matçının əsas vaxtı LASK-ın 4:1 hesablı üstünlüyü ilə bitib. Əlavə vaxtda isə LASK daha 1 qol vuraraq "Seltik"i mübarizədən kənarlaşdırıb. Kamilo Duran da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Budo-Qlimt” isə “Neymegen”i ilk matçda olduğu kimi cavab oyununda da məğlub edib və növbəti mərhələyə yüksəlib.
25 avqust
20:45. “Sabah” (Azərbaycan) – “Hapoel” (Beer-Şeva, İsrail) - 5:2
Qollar: Zlatinoviç, 11 (0:1), Kristian Nvaçukvu, 38 (1:1), Mizrahi, 61 (1:2), Umarali Raxmonəliyev, 74 (2:2), Tellur Mütəllimov, 90+4 (3:2), Mbina, 101 (4:2), Coy Lens Mikels, 115 (5:2)
İlk oyun – 1:2
23:00. LASK (Avstriya) – “Seltik” (Şotlandiya) - 5:1
Qollar: Usar, 32, Lyubiçiç, 48, Adeniran, 58, 109, Flekker, 90 - Makqreqor, 21
İlk oyun – 0:3
23:00. “Budo-Qlimt” (Norveç) – “Neymegen” (Niderland) - 3:0
Qollar: Byorkan, 45+2, Auklend, 45+6, Fonfill, 73-avtoqol
İlk oyun – 3:1
26 avqust
23:00. AEK (Yunanıstan) – “Levski” (Bolqarıstan)
İlk oyun – 0:0
23:00. “Vikinq” (Norveç) – “Dinamo” Zaqreb (Xorvatiya)
İlk oyun – 2:2
23:00. “Tselye” (Sloveniya) – “Slovan” Bratislava (Slovakiya)
İlk oyun – 1:1
23:00. “Lion” (Fransa) – “Fənərbaxça” (Türkiyə)
İlk oyun – 1:1
Qeyd edək ki, cütlərin qalibləri Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar. Məğlub olan komandalar isə Avropa Liqasının əsas mərhələsində çıxış edəcəklər.