Azərbaycan Premyer Liqasının əsasnaməsində dəyişiklik

Azərbaycan Premyer Liqasında 2017-2018 mövsümünün əsasnaməsinə dəyişiklik edilib. 

Sportline.az xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov məlumat verib.

Onun sözlərinə görə, qarşıdakı mövsümdən klubların start heyətində və ehtiyatda 1996-cı il təvəllüdlü ən azı bir oyunçu yer almalıdır. 1998-ci il təvəllüdlü daha bir oyunçu isə ehtiyatda olmalıdır. Legioner sayı isə əvvəlki kimi 6 qalıb. PFL rəsmisi artıq bu barədə klubların da məlumatlandırıldığını bildirib.

Qeyd edək ki, ötən mövsümədək start heyəti 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) kimi olub. Matçın protokolunda isə 1996-cı il təvəllüdlü (Azərbaycan vətəndaşı) və daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləq idi.