Millimiz Qazaxıstanla bacarmadı

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi turnir davam edir. SportLine.az xəbər verir ki, bu gün 19 yaşadək futbolçulardan təşkil olunan Azərbaycan millisi ikinci görüşünə çıxacaq. Rəqib Qazaxıstan seçməsi olacaq.

İlk oyunda Litvaya uduzan Təbriz Həsənovun komandası bu dəfə etimadı doğrultmaq niyyətindədir. Qazaxıstan seçməsi isə qələbə sayəsində xalını 4-ə çatdırmağı arzu edir.


11 yanvar 2017
Valentin Qranatkinin xatirə turniri
2-ci tur

Qazaxıstan - Azərbaycan - 2:2
QOLLAR: 
Dinmuxammed Kaşken, 18 (p.), Danil Kuznetsov, 53 - Rafael Məhərrəmli, 45+2, Fərid Nəbiyev, 82

Banner