Azərbaycan seçməsi Belarusla qarşılaşacaq
Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə Azərbaycan futbolçularının sonuncu rəqibi müəyyənləşib. SportLine.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət seçmə komanda 9-cu yer uğrunda görüşdə Belaruslu həmyaşıdları ilə münasibətləri aydınlaşdıracaq.
Qarşılaşmanın start fiti 20 yanvar, Bakı vaxtı ilə 20:00-da start götürəcək.