Azərbaycan seçməsinin üzvləri Qətərdə yarışacaqlar

Dekabrın 19-da Qətərin paytaxtı Dohada ağır atletika üzrə “V Beynəlxalq Qətər Kuboku” keçiriləcək. SportLine.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan yığmasının üzvləri də iştirak edəcək.

4 gün davam edəcək yarışda baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında iki qadın atletimiz körpücük üzərinə çıxacaq. Bunlar Səbinə Əzimova və Boyanka Kostovadı.