Azərbaycan Tacikistana qarşı
Azərbaycan U-18 millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu - 4-cü oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, komanda 5-ci yer uğrunda görüşdə Tacikistanla qarşılaşacaq.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək matç Bakı vaxtı ilə saat 13:20-də başlayacaq.
Xatırladaq ki, millimiz daha əvvəl Rusiyaya (1:7) və Özbəkistana (1:3) uduzub, Belarusa qalib gəlib - 1:0.