Azərbaycan - Uels görüşündən əvvəl azarkeşlər qarşılaşacaq

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Uels görüşündən bir gün əvvəl hər iki ölkənin futbol azarkeşləri qarşılaşacaq.

Sportline.az  xəbər verir ki, görüş noyabrın 15-i saat 18:00-da Bayıldakı “ASKO Arena”da olacaq.

Azərbaycanı bu matçda daha çox neft şirkətlərində çalışan əcnəbilərin üstünlük təşkil etdiyi “Bayıl Rovers” klubu təmsil edəcək.