Azərbaycan və Ermənistan milliləri eyni qrupda yarışacaq

Kişi basketbolçulardan ibarət milli komandamızın 2020-ci il Avropa çempionatındakı rəqibləri müəyyənləşib.

Sportline.az Beynəlxal Basketbol Federasiyasına istinadən xəbər verir ki, Almaniyada keçirilən püşkatmada Azərbaycan millisinin kiçik dövlətlərin Avropa çempionatında B qrupunda mübarizə aparacağı məlum olub. 

Millimizin qrupdakı rəqibləri Ermənistan, İrlandiya və Andorradır.

Yarış 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçiriləcək.