Azərbaycan və Ermənistan milliləri ilə bağlı qərar açıqlandı

2020-ci il Avropa çempionatının seçmə mərhələsinin və Millətlər Liqasının püşkatma mərasimləri zamanı Azərbaycan və Ermənistan milliləri ayrı-ayrı qruplara salınacaq.

Sportline.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin açıqlayıb. Çeferin , UEFA İcraiyyə Komitəsinin iclasından sonra bildirib ki, eyni qayda münasibətləri gərgin olan Rusiya və Ukraynaya da şamil olunacaq.

Qeyd edək ki, AÇ-2020-nin püşkatma mərasimi 2018-ci ilin dekabr ayında İrlandiyanın paytaxtı Dublində olacaq. Qitə birinciliyinin final mərhələsinin oyunları 12 şəhərdə, o cümlədən, Bakıda keçiriləcək.