Azərbaycan Voleybol Federasiyasının rəsmisi yenidən CEV-ə üz seçilib
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri Cəlil Cəfərov növbəti dəfə Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinə üzv seçilib.
Sportline.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, avqustun 24-də İtaliyanın Neapol şəhərində baş tutan CEV-in 45-ci Baş Assambleyasında keçirilən səsvermədən sonra yenidən qurumun İdarə Heyətində yer almaq şansı qazanıb.
34 nəfərin namizədliyi olan İdarə Heyətində növbəti dörd il üçün (2024-2028) 17 nəfər yer alıb.