Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, VI qrupda yer alan komanda Yunanıstan yığması ilə üz-üzə gələcək.
Rumıniyanın “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Avropa çempionatının seçmə mərhələsi
VI qrup
16 noyabr
14:00. Yunanıstan - Azərbaycan
Baş hakim: Yon Orlik (Moldova).
"Tunari" stadionu.
Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub.