"Azərbaycan yığması texnikalı futbolçulardan ibarət komandadır"
"Azərbaycan yığması texnikalı futbolçulardan ibarət komandadır".
Sportline.az xəbər verir ki, bunu mətbuat konfransında adı çəkilən ölkənin U-21 millisinin baş məşqçisi Vitali Pavlov deyib.
Mütəxəssis Azərbaycan millisi ilə Baranoviçi şəhərində keçirilən yoxlama oyunu barədə danışıb:
"Qələbə qazandığımız üçün sevinirik. Rəqib keyfiyyətli, texnikalı futbolçulardan ibarət komandadır. İlk hissədə də bunu göstərdi. Fasilədə oyunçularıma göstərişlərimi verdim və onlar da səhvlərdən nəticə çıxardılar. Bu yoxlama matçı idi və nəticə həmişə ikinci planda olur. Amma istənilən halda qalib gəlmək yaxşıdır".
Qeyd edək ki, qarşılaşma Belarus seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Yığma iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.