Azərbaycanda idman jurnalisti koronavirusa yoluxdu

Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.
 
Sportline.az xəbər verir ki, bu haqda sosial şəbəkədə həmkarımız özü yazıb.
 
Supersport.az saytının təsisçisi və baş redaktoru olan Anar hazırda anasının da koronavirusdan əziyyət çəkdiyini və vəziyyətinin ağır olduğunu yazıb.
 
Həmkarımıza və anasına şəfa diləyir, tezliklə sağalmalarını arzulayırıq!