Azərbaycanda komanda yoldaşını təhqir edən oyunçu cəzalanıb
AFFA İntizam Komitəsi "Neftçi" İK-in futzalçısı Adil İsmayılova 3 oyunluq cəza verib.
Sportline.az xəbər verir ki, səbəb oyunçunun Yüksək Liqanın X turunda “Alyans”la görüşdə komanda yoldaşını təhqir edərək birbaşa qırmızı vərəqə almasıdır.
İsmayılov 30-cu dəqiqədə həmkarına qarşı qeyri-etik ifadələr işlədib.
Qeyd edək ki, görüş "Neftçi" İK-in 8:2 hesablı qələbəsi ilə yekunlaşıb.