Azərbaycandan məğlubiyyət və heç-heçə
Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri 5-ci turun görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, bunadək məğlub olmayan kişilərdən ibarət yığma Kubaya uduzub.
Azərbaycan – Kuba 1,5:2,5
Şəhriyar Məmmədyarov – Yasser Kezada Peres – 1:0
Rauf Məmmədov – Karlos Albornos Kabrera – 0:1
Vasif Durarbəyli – Luis Ernesto Kezada Peres – 0:1
Nicat Abbasov – Omar Almeyda Kintana – 0,5:0,5
Bu nəticədən sonra Azərbaycan millisi turnir cədvəlində xeyli geriləyib. Komanda hazırda 7 xalla Yunanıstan, Macarıstan və Rumıniya ilə birgə 35-38-ci sıraları bölüşür.
Qadınlardan ibarət yığmamız isə Ukrayna ilə heç-heçə edib.
Ukrayna – Azərbaycan 2:2
Mariya Muzıçuk – Günay Məmmədzadə - 1:0
Anna Muzıçuk – Gövhər Beydullayeva - 0,5:0,5
Anna Uşenina – Gülnar Məmmədova - 0,5:05
Nataliya Buksa – Ülviyyə Fətəliyeva - 0:1
Buna qədər hər iki komanda Fransa ilə birgə 2-4-cü yerləri bölüşdürürdü. Bu nəticədən sonra Azərbaycan və Ukrayna milliləri 9 xalla 1-2-ci yerləri bölüşdürür.