Azərbaycanı avrokubaklarda təmsil edəcək voleybol klubları dəqiqləşib

2022/2023-cü il mövsümündə Azərbaycanı avrokubaklarda təmsil edəcək voleybol klubları dəqiqləşib.

Federasiyadan Sportline.az saytına verilən məlumata görə, Çağırış Kubokubda qadınlardan ibarət “Azərreyl” və kişilərdən ibarət “Murov” komandası mübarizə aparacaq.

Qeyd edək ki, "Azerreyl" ötən mövsüm Super Liqada 2-ci yeri tutub. "Murov" isə Yüksək Liqanın qalibi olub.