Azərbaycanın Avropa Oyunlarında ilk medalı
Minsk-2019 II Avropa Oyunlarında ilk medalımız idman akrobatikası növündə qazanılıb.
Sportline.az xəbər verir ki, qarışıq cütlərin dinamik hərəkətlərində Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihi uğurla çıxış edib.
İdmançılarımız 28,830 xalla gümüş medala layiq görülüblər.