Azərbaycanın FİFA referisi təyinat alıb

Azərbaycanın futzal üzrə FİFA referisi Əli Cəbrayılov təyinat alıb.

Sportline.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, AVRO-2026-nın əsas mərhələsində fevralın 1-də keçiriləcək Danimarka – Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək.

Birinci və ikinci referi müvafiq olaraq slovaklar - Rastislav Behancin və Martin Matula olacaq. Hakim-inspektor İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Yirki Filppudur (Finlandiya).