Azərbaycanın minifutbol yığmasının dünya çempionatındakı rəqibləri müəyyənləşib

Azərbaycanın minifutbol yığmasının dünya çempionatındakı rəqibləri müəyyənləşib.

Sportline.az xəbər verir ki, mundiala ev sahibliyi etdiyi üçün A qrupunda yer alan Elşad Quliyevin rəhbərlik etdiyi komada Mavritaniya, Sloveniya və Bəhreynlə mübarizə aparacaq.

Digər qruplar isə aşağıdakı kimidir:

B qrupu

Rumıniya
Fransa
Çad
Özbəkistan

C qrupu

Macarıstan
Ukrayna
İngiltərə
Türkiyə

D qrupu

Slovakiya
Bolqarıstan
Portuqaliya
Hindistan

E qrupu 

Meksika
Monteneqro
Tayland
Kosta Rika

F qrupu

Qazaxıstan
ABŞ
Bosniya və Herseqovina
Polşa

G qrupu

Çexiya
Gürcüstan
BƏƏ
Argentina

F qrupu

Serbiya
Qana
İspaniya
İsrail

Qeyd edək ki, 32 komandanın iştirak edəcəyi dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda təşkil olunacaq.