Azərbaycanın MMA döyüşçüsü növbəti görüşünə çıxır

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirəcək.

Sportline.az xəbər verir ki, idmançı Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq “AMC Fight Night100” döyüş gecəsində iştirak edəcək.

Aprelin 10-da baş tutacaq qarşılaşmada Abbasovun rəqibi Rusiya təmsilçisi Şamil Amirov olacaq.

Yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan Abbasov titulunu qorumaq üçün mübarizə aparacaq. "Lujniki"dəki görüş Abbasovun 29-cu sınağı olacaq. O, indiyədək keçirdiyi 28 döyüşdən 25-də qalib gəlib. Döyüşçü son 10 görüşdən də üstün ayrılıb.

Qeyd edək ki, Nəriman Abbasov ötən ilin sentyabrındakı son sınağında gürcüstanlı Mixail Qoqitidzeni məğlubiyyətə uğradıb.