Azərbaycanın qadın boksçuları ilin ilk hazırlığına başlayıblar
Qadın boksçulardan ibarət Azərbaycan millisi ilin ilk hazırlığına başlayıb.
Bu barədə Sportline.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığma Şəkidə təlim-məşq toplanışındadır. Əsas diqqət idmançıların ümumi fiziki hazırlığına yönələcək. Məşqlərdə 8 boksçu iştirak edir.
Hazırlıq prosesi yanvarın 25-də başa çatacaq.