Azərbaycanın Qış Olimpiya Oyunlarındakı şef de-missionu bəlli olub

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu bəlli olub.

Bu barədə Sportline.az-a Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat katibi Günay Malikqızı məlumat verib. G.Malikqızının sözlərinə görə, bu vəzifəni MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov yerinə yetirəcək.

Qeyd edək ki, Pekin-2022 gələn il 4 - 20 fevralda keçiriləcək. Hələlik Azərbaycan fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova lisenziya qazanıb.