Azərbaycanın sərbəst güləş millisi dünya çempionatında 3-cü olub
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb.
Sportline.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir, Azərbaycanın sərbəst güləş üzrə millisi dünya çempionatını 1 qızıl 2 gümüş və 1 bürünc medalla başa vurub.
Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.
Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (57 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.