Azərbaycanın stolüstü tennisçiləri Universiadada iştirak etmək üçün Qırğızıstana yollanıb

Azərbaycan stolüstü tennisçiləri Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər.

Federasiyadan Sportline.az-a verilən məlumata görə, komanda bu gün yarışın keçiriləcəyi Qırğızıstana yollanıb. 

Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Amin Oruczadə və Tural Mirzəyev baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə sözügedən yarışda qələbə uğrunda mübarizə aparacaqlar. 

Çolpan-Ata şəhərində təşkil olunacaq Universiadaya sabah start veriləcək. Yarışa sentyabrın 9-da yekun vurulacaq.