Millimizin AVRO-2022-dəki rəqibləri bəlli olub

22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan millisinin AVRO-2022-də rəqibləri bəlli olub.

Federasiyanın Mətbuat Xidmətindən Sportline.az saytına verilən məlumata görə, II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosova, Niderland və Slovakiya ilə birgə E qrupuna düşüb.

Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosovaya qarşı keçirəcək. Milli ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. Oyunlar Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosova ev sahibliyi edəcək.

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.

AVRO-2022, Təsnifat mərhələsi
E qrupu

20 may
21:00. Azərbaycan – Kosova

21 may
21:00. Niderland – Azərbaycan

22 may
21:00. Slovakiya – Azərbaycan